Xaricdə Doktorantura Təhsilinin Üstünlükləri: Tam Bələdçi
- 23 мая
- 1 мин. чтения
Azərbaycanlı gənclər üçün xaricdə doktorantura təhsilinin əsas maliyyə mənbəyi "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı"dır.
Proqrama qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub. 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini, 20 faizindən çox olmayan hissəsi isə doktorantura səviyyəsini əhatə edəcək.
Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
Dövlət Proqramı çərçivəsində doktorantura təhsil səviyyəsinə qəbul üzrə seçim aşağıdakı meyarlar əsasında aparılır:
Namizədin cari tədris ilində magistratura səviyyəsinin sonuncu ilində oxuması və ya magistr dərəcəsinə malik olması (xaricdə ali təhsil aldıqda — kvalifikasiyanın tanınması);
Xarici ali təhsil müəssisəsinə şərtsiz qəbul olunması (depozitin ödənilməsi, transkript və ya diplom təqdim edilməsi istisna olmaqla);
Seçilən ixtisasın Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri siyahısında yer alması. 2025–2026-cı il üçün Universitet Siyahısı
Təsdiq olunmuş siyahıda 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bu il namizədlər ötən il əhatə olunmayan 11 əlavə ölkənin universitetlərindən də qəbul ala biləcəklər.
Bundan əlavə, Times Higher Education və QS World University Rankings reytinqlərində ilk onluqda yer almış universitetlər tərəfindən verilən qəbul məktubları əsasında da müsabiqədə iştirak etmək mümkündür. 2025–2026-cı il üçün Universitet Siyahısı
Təsdiq olunmuş siyahıda 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bu il namizədlər ötən il əhatə olunmayan 11 əlavə ölkənin universitetlərindən də qəbul ala biləcəklər.
Bundan əlavə, Times Higher Education və QS World University Rankings reytinqlərində ilk onluqda yer almış universitetlər tərəfindən verilən qəbul məktubları əsasında da müsabiqədə iştirak etmək mümkündür.





Комментарии